AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 May 2022 - 13:15   
    Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi və malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarında dəyişiklik edildi


     Nazirlər Kabinetinin 200 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6141/

     

    Qərar “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 29 oktyabr tarixli 390-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Belə ki, adıçəkilən Qanunla Gömrük Məcəlləsinə edilmiş dəyişikliyə əsasən gömrük orqanları malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə (fakültativ (məcburi olmayan) təminat) uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.

     Bununla əlaqədar Nazirlər Kabinetinin adıçəkilən qərarlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması zərurəti yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018