Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
    rəsmi internet səhifəsi


    Baş nazir Əli Əsədov Estoniya parlamentinin sədri Yuri Ratas ilə görüşüb

    23 May 2022 - 18:27


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 23-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

    Görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

    İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.



    Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az