AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 27 May 2022 - 18:38   
    Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi meyyarlarında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 213 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6165/ 


    Maliyyə Nazirliyinin “Mühasibat uçotu haqqında” Qanuna və Maliyyə Nazirliyi haqqında əsasnaməyə uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. 213 № li Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmışdır.

    Qərarda “Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”ndə inflyasiya göstəriciləri nəzərə alınmaqla dəyişiklik edilərək “illik gəlir” meyarı 180 milyon manatdan 200 milyon manata, “balansın yekun məbləği” meyarı isə 450 milyon manatdan 500 milyon manata qaldırılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018