AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 01 Iyun 2022 - 18:20   
    Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

    Görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.

    BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunuldu.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018