AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 06 Iyun 2022 - 14:07   
    Nazirlər Kabinetinin bir neçə qərarlarında dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 221 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6182/

     

    Qərar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunla əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması məqsədilə hazırlanmışdır. Bəhs olunan Qanunla aşağıdakı dəyişikliklər edilmiş və uyğunlaşdırma işləri də həmin istiqamətlərdə aparılmışdır:
    - dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulan yalnız birdəfəlik təyinatlı deyil, bütün müvafiq vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaətin dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməsi nəzərdə tutulmuş;
    - dövlət büdcəsi ilə bağlı təqdim edilən sənədlərdən toplu maliyyə balansı ləğv edilmiş;
    - hüquqi şəxs qismində təsis edilmiş büdcədənkənar dövlət fondlarından əlavə olaraq hüquqi şəxs yaratmadan da büdcədənkənar dövlət fondlarının təsis edilməsi müəyyən edilmiş;
    - “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 24 dekabr 2021-ci il tarixli 441-VIQD nömrəli Qanunu ilə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu hesab edilməsi ilə əlaqədar olaraq, Təminat Fondunun gəlir və xərcləri icmal büdcədən çıxarılmış;
    - Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddinin həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməməsi müəyyən edilmiş;
    - Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatlarını dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim etməsi nəzərdə tutulmuş;
    - İcmal büdcənin gəlir və xərclərindən dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxarılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018