AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Iyun 2022 - 12:53   
    “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda dəyişiklik edildi


    Nazirlər Kabinetinin 230 № li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/6196/

     

    Qərarda Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya Nematodlar hissəsinin əlavə edilməsi, Həşəratlar, Bakteriyalar, Göbələklər, Virus, mikoplazma və viroidlər, Alaq otları və parazit bitkilər, hissəsinə əlavə və dəyişikliklərin edilməsi və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya isə Nematodlar, Bakteriyalar, Göbələklər, Viruslar hissəsinin əlavə edilməsi, Həşəratlar hissəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

     Qərarın qəbul edilməsi ilə Azərbaycan Respublikası ərazisində aşkar edilməyən və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış, ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin mövcud siyahısı yenilənib.

    Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və onlarla effektiv mübarizə işlərinin daha yaxşı təşkilinə  imkan yaradır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018