AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 20 Iyun 2022 - 14:03   
    Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 231 № li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/6197/

     

    Qərar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 3.12.22-1-ci bəndinə uyğun olaraq “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

    Qərarla təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nda aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlaşdırılması üzrə tələblər, sertifikatların verilməsi, qüvvədəolma müddətlərinin uzadılması, dayandırılması və ləğv edilməsi qaydaları, əlaqəli hüquqi və təşkilati prosedurlar, həmçinin səlahiyyətli dövlət orqanlarının və müvafiq subyektlərin həmin məsələlərlə bağlı hüquq və vəzifələri müəyyən edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018