AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 20 Iyun 2022 - 20:31   
    Pedaqoji fəaliyyətlə məşğul olma Qaydasında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 233 № li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/6200/

     

    Qaydada edilmiş dəyişikliyə əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısının hər il müsabiqədən əvvəl Təhsil Nazirliyinin rəsmi internet səhifəsində elan edilməsi nəzərdə tutulur.

    Eyni zamanda, Qaydada müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunmuş pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər üçün ödənişsiz təlim kurslarının keçirilməsi və kursları başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikatın verilməsi əks olunmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018