AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 28 Iyun 2022 - 18:06   
    Baş nazir Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub


    İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında  telefon danışığı olub.

    Baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

    Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018