AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 15 Iyul 2022 - 19:05   
    Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 265 №-li Qərarına dair izah

     https://nk.gov.az/az/document/6249/

           

             Gənclər və İdman Nazirliyi tərəfindən son illərdə bir sıra regionlarda, o cümlədən Bərdə, Lənkəran, Beyləqan, Tərtər, Yardımlı, Saatlı və Goranboy rayonlarında Olimpiya İdman kompleksləri inşa edilmiş və bu idman müəssisələrinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq işlər görülmüşdür.

             Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki Stend Atıcılığı üzrə İdman Kompleksinin və Milli İdman Tibb və Reabilitasiya İnstitutunun təşkilati-hüquqi formaları dəyişdirilərək, publik-hüquqi şəxsə çevrilmişdir.

             Son illər ölkə ərazisində bir sıra yerli icra hakimiyyətləri tərəfindən Sabunçu, Göyçay, Yevlax, Qazax, Masallı, Qobustan, Göygöl, Beyləqan, Ucar, Şəmkir, Ağstafa və Biləsuvar rayonlarında inşa edilmiş Gənclər evləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansına verilmişdir. Onların bazasında Nazirlik tərəfindən “Gənclər evi” sosial xidmət müəssisələri yaradılmış və davamlı fəaliyyətləri təmin edilmişdir.

             Qeyd edilənlərin əsasında  “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 265 nömrəli Qərarı ilə həmin Siyahıda müvafiq dəyişikliklər edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018