Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
rəsmi internet səhifəsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi
03 Avqust 2022 - 18:56
Nazirlər Kabinetinin 279 №-li Qərarına dair izah
https://nk.gov.az/az/document/6280/
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel tarixli 1670 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında isə Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi yaradılmışdır.
Qeyd edilənlərin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 548 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli 279 nömrəli Qərarı ilə həmin Siyahıda müvafiq dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az