AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 04 Avqust 2022 - 10:47   
     Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi təsdiq edilib


     Nazirlər Kabinetinin 276 №-li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6277/

     

    Qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

    Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyən edir.Qoruğun mühafizə zonasının hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin həyata keçirilməsini təmin edir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018