AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 25 Avqust 2022 - 17:02   
    Ali təhsilin magistratura səviyyəsi üzrə siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə olundu


    Nazirlər Kabinetinin 327 №-li Qərarına dair izah

    https://nk.gov.az/az/document/6388/

     

    Hazırda ölkəmizdə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində “Jurnalistika” ixtisaslaşmasının açılmasına ehtiyac duyulur.

    Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına “Jurnalistika” ixtisaslaşması əlavə edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018