AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 03 Sentyabr 2022 - 14:15   
    Nazirlər Kabinetində Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilmişdir


    Sentyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın bölgələrində son dövrlər baş verən meşə yanğınları ilə bağlı işçi müşavirə keçirilmişdir.

    Müşavirədə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbərləri iştirak ediblər.

    Müşavirədə meşə yanğınlarının baş verdiyi ərazilərdə hazırkı vəziyyət, yanğınların səbəbləri, yanğınlarla mübarizə tədbirləri, mürəkkəb relyefli zonalarda yaranan çətinliklər, eyni zamanda qarşıda duran vəzifələr və fəaliyyət müzakirə edilmişdir.

    Yanğınla mübarizə tədbirlərinin davam etdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına və qurumlarına tapşırıqlar verilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018