AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 06 Sentyabr 2022 - 17:34   
    “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar” və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı” təsdiq edildi


    Nazirlər Kabinetinin 342 №-li Qərarına dair izah

     https://nk.gov.az/az/document/6424/

    Qərara əsasən donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar, həmçinin resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı müəyyən edilir.

    Qərarda ağciyərin, ürəyin, qaraciyərin, böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar 18 yaşdan yuxarı şəxslər və 18 yaşınadək  şəxslərə münasibətdə müəyyən edilmişdir. Digər orqanlar üçün müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyən edilmir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018