AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 19 Sentyabr 2022 - 18:17   
    Nazirlər Kabinetinin qərarlarında Rəqəmsal Inkişaf və Nəqliyyat nazirliyi ilə bağlı dəyişikliklər edildi


     Nazirlər Kabinetinin 358 №-li Qərarına dair izah

     https://nk.gov.az/az/document/6443/

     

    Qərar Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli 1691 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

    Belə ki, sözügedən Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sözləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sözləri ilə əvəz edilmişdir.

    Yuxarıda qeyd ediləni nəzərə alaraq bəzi normativ hüquqi aktlara müvafiq dəyişikliklər edilməsi zərurəti yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018