AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 29 Noyabr 2022 - 18:33   
    Goranboy şəhərinin Baş planı təsdiq edildi


    Nazirlər Kabinetinin 423 №-li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/6538/

     

    Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Goranboy şəhərinin Baş planı 2039-cu ilə qədər olan dövrü əhatə edir.

    Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunmuşdur. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018