AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 07 Dekabr 2022 - 10:02   
    Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları təsdiq edildi


    Nazirlər Kabinetinin 432 №-li Qərarına dair izah

     https://nk.gov.az/az/document/6556/

     

    Qərar məhsulların etiketlənməsi beynəlxalq təcrübəyə əsasən istehlakçıları cihazların enerji istehlakı həcmi üzrə məlumatlandırması məqsədini daşıyır.

    Enerji etiketinin forması və tərtibinə dair tələblər məhsulların enerji etiketlənməsinə dair texniki reqlamentlərlə müəyyən olunur. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika və İqtisadiyyat nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

    Həmin Qaydaların tələblərinə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018