AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 15 Dekabr 2022 - 17:15   
    Baş nazir Əli Əsədov Tbilisidə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb


    Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

    Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulandı.

    Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu qeyd olundu, hər iki ölkənin qanunvericilik orqanlarındakı dostluq qruplarının sıx təmaslarından məmnunluq ifadə edildi.

    Görüş əsnasında ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

    Azərbaycan Respublikasının Baş naziri Gürcüstan parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018