Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
    rəsmi internet səhifəsi


    Baş nazir Əli Əsədov ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub

    16 Dekabr 2022 - 13:00


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.

    Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verildi.



    Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az