Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
    rəsmi internet səhifəsi


    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması üçün tənzimləmə mexanizmi təkmilləşdirilir

    20 Dekabr 2022 - 10:34


    Nazirlər Kabinetinin 445 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6583/

     

    Bu Qərarla Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilmişdir.

    Bu Qərar insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün idarələrarası komissiyanın vəzifələrini nəzərə alaraq, həmin komissiya tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmət sektorundakı fəaliyyətinə dair ölkədaxili vəziyyətin təhlil edilməsi və onların insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması istiqamətində fəaliyyəti əhatə etməklə, bu sahədə yeni tənzimləmə mexanizmini müəyyən edir.

     



    Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az