Azərbaycan Respublikasi Nazirlər Kabinetinin
    rəsmi internet səhifəsi


    Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnaməyə dəyişiklik edildi

    30 Dekabr 2022 - 17:17


    Nazirlər Kabinetinin 455 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/6604/

     

    Qərar “Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokola qoşulmaq barədə” 1998-ci il 27 noyabr № 545-IQ nömrəli Azərbaycan Respublikasının Qanunundan irəli gələn bir sıra öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsi məqsədilə hazırlanmışdır.

    Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”yə əlavə edilmiş 7-1-ci bəndə əsasən Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları və bu daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblərinə cavab verən operatorlara verilməsi nəzərdə tutulur.



    Azərbaycan Respublikasi Nazirlər Kabinetinin rəsmi internet səhifəsi www.cabmin.gov.az