AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Səfərlər | 26 Oktyabr 2019 - 11:44   
    Baş Nazir Əli Əsədov Rusiyanın Baş Naziri ilə görüşüb


    MDB Hökumət Başçıları Şurasının Moskvada keçirililən iclasında iştirak edən Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Rusiya Federasiyasının Baş Naziri Dmitri Medvedevlə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
    Baş Nazir Dmitri Medvedev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi həcminin 25 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, digər MDB ölkələri ilə Rusiya arasında iqtisadi əməkdaşlığın ən yaxşı göstəricisidir.
    Azərbaycanın Baş Naziri Əli Əsədov görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. O, “Skolkovo” Texnoparkında yaradılan innovasiya imkanlarından ikitərəfli və çoxtərəfli əməkdaşlıqda istifadə edilməsi təklifinin öz bəhrəsini verəcəyini qeyd edib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018