AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin bülletenləri | 10 Fevral 2020 - 20:34   
    Sudan istifadə Qaydalarına dəyişiklik haqda 35 №li Qərara dair – İZAH


    https://cabmin.gov.az/az/document/4261/

    Bu Qərara əsasən hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

    Eyni zamanda tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

    Bu Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018