AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin bülletenləri | 10 Fevral 2020 - 20:38   
    Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydasını təsdiq edən 38 №li Qərar – İZAH


    https://cabmin.gov.az/az/document/4265/

    Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilmişdir.

    NK-nın qəbul edilmiş Qərarında

    - vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,
    - güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,
    - güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə
    - və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair
    tənzimləmələr nəzərdə tutulmuşdur.

    Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

    - büdcə itkilərinin hesablanması,
    - ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,
    - statistik məlumatlar,
    - güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,
    - vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,
    - idxal-ixrac əməliyyatları,
    - dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018