AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin bülletenləri | 26 Fevral 2020 - 20:49   
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 62 və 63 nömrəli Qərarlarına dair - İZAH


    https://nk.gov.az/az/document/4295/

    https://nk.gov.az/az/document/4296/

    Nazirlər Kabinetinin 62 və 63 nömrəli Qərarları “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, aşağıdakıları nəzərdə tutur:

    - insan alveri qurbanlarına sosial reabilitasiyası tədbirlərinə psixoloji reabilitasiyası və psixoloji korreksiyası tədbirlərinin əlavə edilməsi;

    - Ümumtəhsil məktəblərində psixoloji yardımın həyata kecirilməsi, ödənişsiz psixoloji yardım almaq hüququ;

    - narkoloji xəstələr barədə psixoloji reabilitasiya və psixoloji korreksiya tədbirlərinin həyata keçirilməsi;

    - Ümumtəhsil internat məktəblərində psixoloji yardımın həyata keçirilməsi;

    - Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardıma psixoloji reabilitasiya və psixoloji korreksiya psixoterapiya tədbirləri əlavə edildi;

    - Açıq tipli xüsusi təlim-tərbiyə müəssisənin şagirdlərinə ödənişsiz psixoloji yardımın göstərilməsi;

    - Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara psixoloji yardımın göstərilməsi.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018