AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 28 Fevral 2020 - 17:59   
    Baş Nazirin müavini Misir Ərəb Respublikasının səfirliyində başsağlığı verdi


    Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev 28 fevral 2020–ci il tarixində Misir səfirliyinə gələrək, Misir Ərəb Respublikasının 4-cü Prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı vermişdir.

    Şahin Mustafayevi Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qarşılamışdır. Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək, əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirmişdir.

    Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı vermiş və matəm kitabına ürək sözlərini yazmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018