AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Nazirlər Kabineti yanında Operativ Qərargah | 13 Mart 2020 - 14:51   
    Xaricdən qayıdan daha dörd Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb


    İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır.

    Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

    Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018