AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Nazirlər Kabineti yanında Operativ Qərargah | 29 Aprel 2020 - 18:44   
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı


    Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik obstruktiv ağciyər xəstəliyi və ürəyin işemik xəstəliyi olan 1944-cü il təvəllüdlü vətəndaş vəfat etmişdir.

    Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1267 nəfər müalicə olunaraq sağalmış, 23 nəfər vəfat etmiş, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137.379 test aparılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018