AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Nazirlər Kabineti yanında Operativ Qərargah | 28 May 2020 - 21:15   
    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı


    Azərbaycan Respublikasında 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 125 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir.

    Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3022 nəfər müalicə olunaraq sağalmış, 56 nəfər vəfat etmiş, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018