AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 11 Iyun 2020 - 09:45   
    Baş Nazirin müavini Əli Əhmədov ilə BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi arasında videokonfrans formatında görüş keçirilib


    İyunun 10-da Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakasetti arasında videokonfrans formatında görüş keçirilib.

    Görüşdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda BMT-nin COVID-19 pandemiyasının Azərbaycan da daxil olmaqla bütün ölkələrdə sosial-iqtisadi təsirinin qiymətləndirməsi  ilə əlaqədar proqramı barədə danışılıb. Baş Nazirin müavini təqdim edilmiş proqramın müvafiq qurumlar tərəfindən öyrənildiyini bildirib.

    Baş Nazirin müavini Əli Əhmədov Azərbaycanda COVID-19 pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, özünüməşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində aparılan işlər barədə danışıb.

    Görüşdə, həmçinin ətraf mühit və iqlim dəyişmələri məsələləri ətrafında müzakirələr aparılıb. Baş Nazirin müavini ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərini sistemli şəkildə həyata keçirdiyini qeyd edib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018