AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 12 Iyun 2020 - 13:10   
    Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədrləri Şahin Mustafayev ilə Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib


    İyunun 10-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökumətinin sədr müavini, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib.

    Görüşdə Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində hər iki ölkədə görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018