AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 14 Avqust 2020 - 19:27   
    Baş Nazirin müavini Şahin Mustafayev Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb


    Avqustun 14-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb.

    Görüşdə Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib.

    Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyi, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu qeyd edilib. Azərbaycanda Avropa İttifaqı ilə müxtəlif proqramlar və layihələr çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Bu xüsusda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi sahəsində Aİ ekspertləri cəlb edilməklə məlumat və təcrübə mübadiləsinin aparılması təklif edilib.

    Görüşdə, həmçinin Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və əlaqələrin perspektivləri müzakirə edilib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018