AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Avqust 2020 - 12:34   
    “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına dair - İzah


    Qərara əsasən  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatı yaradır.

    Həmin vəsaitdən  inflyasiya, məzənnə dəyişikliyi, hərbi yaxud fövqəladə vəziyyət elan olunduqda və ya digər gözlənilməyən proseslərin təsiri ilə Agentliyin xərcləri artdıqda istifadə olunur.

    Sığorta ehtiyatlarının istifadəsinə əsas verən hallar və həmin halların baş verməsi zamanı ehtiyatların istifadə olunması Agentliyin qərarı əsasında müəyyən olunur və Agentliyin sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədi daşıyır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018