AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 13 Dekabr 2018 - 19:03   
    X.A.Xələfovun Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilməsi barədə


    “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin 5.4-cü bəndinə əsasən:

    1. Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının
    rəhbəri vəzifəsinə təyin edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 13 dekabr 2018-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018