AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 05 Avqust 2020 - 19:20   
    Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə


    2020-ci il 4 avqust tarixində Livan Respublikasının paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış çoxsaylı insan tələfatına və irimiqyaslı dağıntılara səbəb olmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

    1. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000,0 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.
    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş Naziri

    Əli Əsədov

    Bakı şəhəri, 5 avqust 2020-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018