AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ









       SƏRƏNCAMLAR | 06 Dekabr 2022 - 16:15   
    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə


    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:

    1. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda icraçı qismində müəyyən edilmiş mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin hüquqi şəxsləri nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
    2. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
    3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Əli Əsədov

    Azərbaycan Respublikasının Baş naziri

    Bakı şəhəri, 6 dekabr 2022-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018