AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 245
Bakı şəhəri, 25 iyun 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyаtа kеçirilməsi ilə bаğlı Tədbirlər Planının 13.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 290; 2010, № 2, maddə 162) ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları"nın 7.1-ci bəndindən ", habelə onların və ya insan alveri qurbanlarının yazılı sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi" sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə