“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
1.1. icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (bundan sonra – Tədbirlər Planı) 4.1.3-cü, 4.1.8-ci və 4.1.12-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.1-ci və 4.1.10-cu yarımbəndlərinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.11-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi sahəsində İdarələrarası Komissiyaya daxil olan qurumlar və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.9-cu yarımbəndinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
2.1. icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.2-ci və 4.1.7-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.6.5-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.5-ci və 4.2.11-ci yarımbəndlərinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Tədbirlər Planının 4.1.6-cı yarımbəndinin icrası ilə bağlı təkliflərini Tədbirlər Planında nəzərdə tutulmuş müddətin bitməsinə azı dörd ay qalmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
5. Tədbirlər Planı üzrə müəyyən olunmuş əsas icraçı orqanlar hər il dekabrın 30-dək il ərzində tədbirlərin icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
6. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
7. Bu Sərəncamın 1-ci hissəsinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə, 2-ci və 4-cü hissələrinin icrası Beynəlxalq əməkdaşlıq şöbəsinə, 3-cü hissəsinin icrası Sosial məsələlər şöbəsinə həvalə edilsin.
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov
Bakı şəhəri, 29 avqust 2020-ci il