AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 245
Bakı şəhəri, 22 oktyabr 2012-ci il
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının 5.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 41, № 3, maddə 267; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 8 avqust tarixli 184 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissəsində "1-19" rəqəmləri "1 və 3-19" rəqəmləri ilə, 2-ci hissəsində "1-3-cü" rəqəmləri "1-ci, 3-cü" rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası işçilərinin aylıq vəzifə maaşlarının sxemi" ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə