AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 245
Bakı şəhəri, 22 iyun 2016-cı il
"Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 68-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 1782 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 149; 2005, № 6, maddə 546; 2008, № 2, maddə 114) ilə təsdiq edilmiş "Dövlət sosial sığorta şəhadətnaməsinin forması"nın "Üz tərəf" hissəsinə "Cinsi" abzasından sonra "Ünvanı" və "Fərdi identifikasiya nömrəsi" abzasları əlavə edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə