AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 483
Bakı şəhəri, 25 noyabr 2016-cı il
2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.
2. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə