Кабинет Министров
Азербайджанской Республики
Кабинет Министров
Азербайджанской Республики
  • Азербайджан
    • Общенациональный Лидер
    • Президент
    • История
    • Территория
    • Конституция
    • Праздники
    • Кровная память
    • Отечественная война
  • Новости
    • Все новости
    • Встречи
    • Мероприятия
    • Визиты
    • Сообщения пресс-службы
    • Бюллетени пресс-службы
    • Оперативный штаб при Кабинете Министров
  • Документы
    • Все документы
    • Постановления
    • Распоряжения
    • Письма
  • Руководство
    • Премьер-министр Азербайджанской Республики
    • Заместители премьер-министра Азербайджанской Республики
  • Кабинет министров
    • Полномочия
    • Порядок работы
    • Кабинета Министров Азербайджанской Республики
    • Центральные органы Исполнительной власти
    • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
    • Статус
  • Аппарат кабинета министров
    • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
  • Обращения
    • Приемные дни Аппарата Кабинета Министров
    • Запись на прием
    • Обращения
    • Законодательство об обращениях граждан
  • Контакт
  • RU
    • AZ
    • EN
    • RU
RU
  • AZ
  • EN
  • RU
Контакт
  • Азербайджан
    • Общенациональный Лидер
    • Президент
    • История
    • Территория
    • Конституция
    • Праздники
    • Кровная память
    • Отечественная война
  • Новости
    • Все новости
    • Встречи
    • Мероприятия
    • Визиты
    • Сообщения пресс-службы
    • Бюллетени пресс-службы
    • Оперативный штаб при Кабинете Министров
  • Документы
    • Все документы
    • Постановления
    • Распоряжения
    • Письма
  • Руководство
    • Премьер-министр Азербайджанской Республики
    • Заместители премьер-министра Азербайджанской Республики
  • Кабинет министров
    • Полномочия
    • Порядок работы
    • Кабинета Министров Азербайджанской Республики
    • Центральные органы Исполнительной власти
    • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
    • Статус
  • Аппарат кабинета министров
    • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
  • Обращения
    • Приемные дни Аппарата Кабинета Министров
    • Запись на прием
    • Обращения
    • Законодательство об обращениях граждан
Распоряжения
  • Все документы
  • Постановления
  • Распоряжения
  • Письма
02 Сентябрь 2023 - 14:53
“2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, əhalinin sağlamlığının qorunmasında ixtioz və bullyoz epidermoliz genetik qüsurlar nəticəsində yaranan və dərinin zədələnməsi ilə nəticələnən irsi xəstəliklərin müalicəsi və profilaktikası işinin yaxşılaşdırılması  məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:    

1. “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur). 
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:                
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.2. Tədbirlər Proqramının icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.        
3. Tədbirlər Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirsin.    
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 sentyabr 2023-cü il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2023-cü il  ____ tarixli _____nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir.

2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin
müalicəsinə və profilaktikasına dair

TƏDBİRLƏR PROQRAMI

1. Qısa xülasə

Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunmasında ixtioz və bullyoz epidermoliz genetik qüsurlar nəticəsində yaranan və dərinin zədələnməsi ilə nəticələnən irsi xəstəliklərin müalicəsi və profilaktikası mühüm rol oynayır.
“2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nda (bundan sonra – Tədbirlər Proqramı) bu sahədə müşahidə edilən qlobal trendlər və onların bu xəstəliklərin yayılmasının  qarşısının alınmasına təsiri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün hədəf göstəricilər və prioritet istiqamətlər, o cümlədən icra müddətləri qeyd edilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri əks olunmuşdur. 
Tədbirlər Proqramı ixtioz və bullyoz epidermoliz xəstəliklərinin erkən aşkarlanmasına, ixtioz və bullyoz epidermolizli xəstələrin (bundan sonra - xəstələr) tibbi xidmətlərə əlçatanlığının təmin edilməsinə, həyat keyfiyyətinin artırılmasına, onların qoruyucu sarğı materialları, digər sistem və xarici təsirli dərman vasitələri ilə təmin edilməsinə, əhalinin bu sahədə məlumatlılığının artırılmasına yönəldilmişdir.

2. Qlobal trendlər

Tədbirlər Proqramının aid olduğu bu sahə üzrə müşahidə edilən başlıca istiqamət ixtioz və bullyoz epidermoliz xəstəliyi üçün radikal terapiyanın mövcud olmaması və həmin xəstəlikdən əziyyət çəkən şəxslərin əmək qabiliyyətindən məhrum olmalarıdır.   
İxtioz və bullyoz epidermolizin bəzi formaları anadangəlmə olsa da digər formaları həyatın ilk illərindən təzahür edir. Dünya statistikasına görə bullyoz epidermoliz xəstəliyinin bütün formalarının yayılma tezliyi 1 milyon əhaliyə 5-20 hal, ağır gedişli vulqar bullyoz epidermolizin əhali arasında yayılma tezliyi 1:300 000 nisbətində olmaqla müxtəlif ölkələr üzrə bu göstəricilər dəyişir. Məsələn, Almaniyanın 1 milyon əhalisi arasında bu xəstəlik 14,93 hal, onun ağır formaları 15,58 hal, ABŞ-da isə 8,2 hal tezliyində rast gəlinir. Sadə ixtioz 1:3000 tezlikdə autosom-dominant şəklində irsi olur, X-zəncirli resessiv-irsi ixtioz isə kişilərdə 1:6000 tezlikdə təsadüf edilir. 
Hazırda dünyada bu xəstəliklərin patogenetik cəhətdən əsaslandırılmış müalicə üsulu işlənməmişdir. Gen terapiyasının inkişaf etdirilməsi ümidi ilə yeni markerlər və namizəd genlərin axtarışı aspektində patologiyanın öyrənilməsi davam etdirilir. Dəqiq diaqnoz qoymağın etibarlı yolu, transmissiya elektron mikroskopiyası və ya immunofluoressensiya və dəri biopsiyası ilə yanaşı, genetik analizin aparılmasıdır.
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin tam sağalması mümkün olmadığından xəstələrin və ailə üzvlərinin psixoloji dəstəyə ehtiyacları vardır və bu məqsədlə müxtəlif cəmiyyətlər, birliklər və fondlar təşkil olunur. Həmçinin xəstəliyin qeydə alındığı  ailələrdə prenatal diaqnostika dölün dəri biopsiyası şəklində aparılır və hamiləliyin pozulması riskinin artmasına səbəb olur. Müasir dövrdə az travmatik və prenatal diaqnostikanın daha dəqiq metodlarından (hamiləliyin 8-10 həftəsində xorion  xovlarının analizi, ikinci trimestrdə amniosentez və ya ananın qan dövranında fetal hüceyrələrin müəyyən edilməsi və analizi) istifadə etməklə xəstəliyin qarşısının alınması mümkündür. Lakin bu xəstəliklərin genetik müayinəsinin ən son üsulları bahalı və əksər xəstələr üçün əlçatan deyildir.
Ölkədə ixtioz və bullyoz epidermoliz xəstəliklərin diaqnostikasında və müalicəsində beynəlxalq təcrübədə istifadə olunan müasir metodların tətbiqi bu xəstəliklərdən əziyyət çəkən şəxslərin keyfiyyətli tibbi yardım almalarına, habelə bu xəstəliklərin qarşısının alınmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir. Həmçinin tam sağalması mümkün olmayan xəstələrə və onların ailə üzvlərinə psixoloji dəstək göstərilməsi onların cəmiyyətə inteqrasiyalarına şərait yaradacaqdır. 

3. Mövcud vəziyyətin təhlili  

Hazırda respublikada bullyoz epidermolizdən və ixtioz xəstəliyindən əziyyət çəkən xəstələrin reyestri aparılmır. Bununla əlaqədar ehtimal olunur ki, bu xəstəliklər üzrə təqribən 500 pasiyent vardır ki, bunun da 300-350 nəfəri ixtioz xəstəliyindən, 150-200 nəfəri isə bullyoz epidermolizdən əziyyət çəkir. Bu xəstəliklərdən əziyyət çəkən şəxslərin dəqiq statistikası aparılmadığına görə populyasiya arasında rastgəlmə tezliyinin dəqiqləşdirilməsinə, statistik məlumatların toplanılmasına, xəstəliklərin vaxtında aşkarlanmasına, qeydiyyatın aparılmasına, vahid elektron reyestrinin yaradılmasına, nozoloji müayinə və müalicələrin həyata keçirilməsinə ehtiyac vardır. Ölkədə ixtioz və bullyoz epidermoliz xəstəliyi ilə bağlı aparılmış təhlillər göstərdi ki, yaradılacaq ixtisaslaşmış mərkəzlərdə xəstələrin sosial adaptasiyasını aparmaq    mümkün olacaqdır. 

4. Hədəf göstəricisi

Tədbirlər Proqramının hədəf göstəricisi 2023–2027-ci illər üzrə müalicə, qayğı və dəstək yolu ilə xəstələrin ömrünün uzadılması, müasir genetik müayinə üsullarından istifadə etməklə ailələrdə ixtioz və bullyoz epidermolizin yayılmasının qarşısının alınması, xəstələrin dərman vasitələri ilə tam təminatıdır.  

5. Məqsədlər  

5.1. Tədbirlər Proqramının əsas məqsədləri aşağıdakılardır:  
5.1.1. ailələrdə ixtioz və bullyoz epidermolizin yayılmasının qarşısının alınması üçün müasir genetik müayinə üsullarından istifadə edilməsi;
5.1.2. xəstələrin sayına, bu xəstəliklərin yayıldığı əhali kateqoriyalarına dair məlumatların əldə edilməsi;
5.1.3. xəstəliyin müalicəsində müasir metodların tətbiq edilməsi;
5.1.4. xəstələrin psixoloji problemlərinin həlli, stres vəziyyətlərin nəticələrinin   aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, sosial adaptasiyanın həyata keçirilməsi;
5.1.5. xəstəlikdən əziyyət çəkən şəxslərin, onların ailə üzvlərinin emosional, sosial və mənəvi problemlərinə dəstəyin göstərilməsi;
5.1.6. xəstələrin dərman vasitələri ilə tam təminatı üçün onların sistem və xarici təsirli dərman preparatları ilə, o cümlədən qoruyucu sarğı materialları ilə təmin edilməsi;
5.1.7. xəstələrə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi;
5.1.8. xəstələrin ömrünün uzadılması üçün xəstəliyin erkən aşkarlanması, müayinəsi və müalicəsi.

6. Prioritet istiqamətlər 

6.1. Əsaslandırma
Ölkə ərazisində risk qruplarında (qohumlarda və ya ailə üzvlərində ixtioz və bullyoz epidermoliz xəstəliyi olan şəxslər) ixtioz və bullyoz epidermolizin yayılmasının erkən aşkarlanması və qarşısının alınması, xəstələrin dərman preparatları və sarğı materialları ilə təminatı, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi, xəstələrə qulluq edən insanlara dəstəyin verilməsi, bu sahədə əhalinin maarifləndirilməsi üçün müvafiq tədbirlərin təşkili Tədbirlər Proqramının ümumi qayəsini təşkil edir.
6.2. Görüləcək tədbirlər
Tədbirlər Proqramının məqsədinə uyğun əsas prioritet istiqamətlər aşağıdakılardan ibarətdir:
6.2.1. Proqramın həyata keçirilməsi üzrə təşkilati tədbirlər
Bu prioritet istiqamət üzrə ilk növbədə ixtioz və bullyoz epidermolizə qarşı mübarizə tədbirlərinin koordinasiyası aparılmalı, bu sahədə tərəfdaş olan müəssisə və təşkilatlar müəyyən edilərək işgüzar əlaqələr yaradılmalıdır. Bununla əlaqədar tərəfdaş müəssisə və təşkilatlar arasında icra sahələrinin bölgüsü aparılacaq, hər rübdə bir dəfədən az olmayaraq və ehtiyac olduqda əlavə olaraq onların iştirakı ilə  iclaslar təşkil olunacaq və müzakirələr nəticəsində aşkar olunan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcəkdir. 
İxtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatının aparılması, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılmalıdır. Vahid elektron reyestrin yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanacaq, həmin reyestrin təşkili və fəaliyyətinin təmini ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir.
İxtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır. Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaqdır.
İxtioz və bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən şəxslərin, risk qrupuna daxil olan hamilələrin tibbi xidmətlərə əlçatanlığının təmini üçün tərkibində dermatoloq, pediatr, LOR, oftalmoloq, uşaq/plastik cərrah, stomatoloq, psixoloq/psixoterapevt olan multidisiplinar komandadan ibarət Mərkəz yaradılmalıdır. Bu məqsədlə mərhələlərlə Respublika Dəri Zöhrəvi və 3 nömrəli Uşaq Dəri Zöhrəvi dispanserlərində ixtioz və bullyoz epidermolizli xəstələr üçün Mərkəz, Gəncə, Zaqatala, Lənkəran, Mingəçevir rayonlarının və Naxçıvan Muxtar Respublikasının sahə poliklinikalarında/ xəstəxanalarında ilk olaraq həmin xəstələr üçün şöbələr, sonra isə bu şöbələr əsasında regional şöbələr yaradılacaq və bu şöbələrə əlçatanlığın təmin edilməsi üçün tədbirlər həyata keçiriləcəkdir. 
6.2.2. İxtioz və bullyoz epidermolizli xəstələri konsultasiya edəcək müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
İxtioz və bullyoz epidermolizli xəstələrin müayinə və müalicəsi üçün müvafiq tibb  müəssisələrinin dərman preparatları, zəruri reaktiv, avadanlıq və tibbi ləvazimatlarla  mütəmadi olaraq təminatı həyata keçirilməlidir. Həmin tibb müəssisələrinin qeyd edilənlərə olan ehtiyacı müəyyənləşdiriləcək, xəstələrin konsultasiyasını aparan tibb müəssisələri üçün sifarişə uyğun qoruyucu sarğı materialları, xarici və sistem müalicə üçün dərman preparatları alındıqdan sonra aidiyyəti üzrə paylanılacaq və bu prosesin davamlı olaraq həyata keçirilməsi təmin olunacaqdır. 
6.2.3. İxtioz və bullyoz epidermolizli xəstələrin profilaktikası, diaqnostikası və müalicəsi
Tibb elminin son nailiyyətləri və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri nəzərə alınmaqla xəstələrin diaqnostikasında və müalicəsində  həyata keçirilən tədbirlər təkmilləşdirilməlidir, yeni normativ hüquqi aktlar, kliniki protokollar hazırlanmalıdır. Bu istiqamətdə yeniliklərin öyrənilməsi, müasir metodlardan istifadə edilməsi üçün ÜST ilə əməkdaşlıq ediləcək və qeyd edilən sənədlərin hazırlanması üçün beynəlxalq ekspertlər, mütəxəssislər fəaliyyətə cəlb olunacaqlar. İxtioz və bullyoz epidermolizli şəxslərin xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası sahəsində təkmilləşdirilmiş normativ hüquqi aktlardan və yeni təlimatlardan, kliniki protokollardan istifadə olunacaqdır. 
İxtioz və bullyoz epidermoliz xəstəliyinin qarşısının alınması üçün risk qrupuna daxil olan hamilə qadınların genetik müayinəsi üzrə layihələrin həyata keçirilməsi vacibdir. Hamilə qadınların genetik müayinəsi üçün testə olan tələbat öyrənilməklə yeni testlər və reaktivlər alınacaqdır. Eyni zamanda onların müayinəsinə dair beynəlxalq təcrübə nəzərə alınmaqla kliniki protokol hazırlanacaqdır. 
İxtioz və bullyoz epidermolizli xəstələrə və onlarla birgə yaşayan şəxslərə palliativ yardım göstərilməlidir, habelə bu xəstəliklərdən əziyyət çəkənlərlə birgə yaşayan  şəxslərə həmin xəstələrə qulluq edilməsi qaydaları izah olunmalı, ixtioz və bullyoz epidermolizin profilaktikası, diaqnostikası, müalicəsi və bu xəstəlikdən əziyyət çəkən şəxslər üçün sosial işçilərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Bununla əlaqədar palliativ yardıma ehtiyacı olan ixtioz və bullyoz epidermolizli xəstələr və onlarla birgə yaşayan şəxslər müəyyən ediləcək, sosial işçilərin ixtisasartırma kurslarında (o cümlədən xarici ölkələrdə) iştirakı, tibb işçisi və ya sosial işçi tərəfindən ixtioz və bullyoz epidermolizli xəstələrə palliativ yardım göstərilməsi, aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə həmin xəstələrlə birgə yaşayan şəxslərə qulluq edilməsi qaydalarının izah olunması, sosial işçilərin təlimlərə cəlb olunması təmin ediləcəkdir.
İxtioz və bullyoz epidermoliz xəstəliyi barədə genetik araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Genetik Ehtiyatlar İnstitutu ilə əməkdaşlıq edilməlidir. Əməkdaşlıq nəticəsində regionlarda tibbi-genetik məsləhət işi aparılacaqdır və skrininq proqramlarının laborator-diaqnostikası (həm antenatal, həm də neonatal dövrdə) işi həyata keçiriləcəkdir. Qeyd edilən tədbirlər nəticəsində skrininq proqramlarının laborator-diaqnostikası (həm antenatal,  həm də neonatal dövrdə) işi, o cümlədən genetik analiz və tibbi-genetik konsultasiyalar təkmilləşdiriləcəkdir.
6.2.4. Kadr hazırlığı
İxtioz və bullyoz epidermolizdən əziyyət çəkən şəxslərin aşkarlanması, xəstəliklərin profilaktikası və müalicəsi üzrə müvafiq tibb müəssisələrində çalışan tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərə cəlb olunmalıdırlar, onların bu sahədə biliyinin yoxlanılması üçün tədbirlər həyata keçirilməlidir. Bu xəstəliyin aşkarlanması, profilaktikası və müalicəsi ilə məşğul olan, tibb işçilərinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə, konfrans və simpoziumlarda iştirakı təşkil ediləcəkdir, sertifikasiya ilə bağlı suallar toplusuna genodermatozlarla bağlı suallar əlavə olunacaqdır. Tibb müəssisələrində çalışan tibb işçilərinin ixtioz və bullyoz epidermoliz üzrə keçirilən tədbirlərə cəlb olunması genişləndiriləcəkdir və sertifikasiya imtahanından əvvəl keçirilən hazırlıq kurslarında suallar toplusuna əlavələrlə bağlı məlumatlandırılacaqlar. Keçirilən tədbirlər nəticəsində tibb işçilərinin bilik səviyyəsinin artırılmasına nail olunacaqdır. 
İxtioz və bullyoz epidermolizli xəstələrlə çalışan tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının artırılması məqsədilə onların bu istiqamətdə müxtəlif konqres, konfrans və simpoziumlarda iştirakları təmin edilməlidir. Tibb mütəxəssislərinin yuxarıda qeyd edilən tədbirlərdə iştirakı bu sahədə materialların hazırlanması və onların həmin tədbirlərdə iştirakının təşkil olunması ilə həyata keçiriləcəkdir. 
6.2.5. İxtioz və bullyoz epidermoliz xəstəliklərinə dair maarifləndirmə
Ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil, orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər arasında ixtioz və bullyoz epidermolizin profilaktikası barədə maarifləndirici tədbirlər həyata keçirilməlidir. Mərhələli şəkildə tədbirlərin təşkil ediləcəyi təhsil müəssisələri müəyyən ediləcəkdir və maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcəkdir.
Əhali arasında ixtioz və bullyoz epidermolizlə mübarizəyə dair məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması vacibdir. Məlumatlılığın artırılması məqsədilə müxtəlif çap materialları hazırlanaraq əhali arasında paylanılacaqdır.
Televiziya və radio kanallarında verilişlərin təşkili, reklamların göstərilməsi yolu ilə əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu məqsədlə məqalələr və digər məlumatlandırıcı materiallar hazırlanacaqdır. Dünyada və ölkədə genodermatozların, o cümlədən ixtioz və bullyoz epidermolizin profilaktikası, müalicəsi ilə bağlı yeniliklər media vasitəsilə əhaliyə çatdırılacaqdır.
6.2.6. İxtioz və bullyoz epidermolizlə mübarizə tədbirlərinin monitorinqi
Tədbirlər Proqramında qarşıya qoyulmuş məqsədlər üzrə görülmüş işlərin və əldə olunmuş nəticələrin müəyyən edilmiş müddətlərdə nəzərdən keçirilməsi, tədbirlər proqramının icrasının və nəticələrinin sistemli və obyektiv ölçülməsi, tədbirlər proqramında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, məqsədlərə nail olunması səviyyəsinin, səmərəliliyinin, yekun nəticələrinin uyğunluğunun və davamlılığının müəyyən edilməsi üçün ixtioz və bullyoz epidermoliz üzrə həyata keçirilən tədbirlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması vacibdir. İxtioz və bullyoz epidermolizin inkişafının qarşısının alınması ilə bağlı tədbirlərin effektivliyinin monitorinqi və qiymətləndirilməsi üçün müvafiq dövlət qurumu ilə əməkdaşlıq ediləcəkdir, əldə edilmiş nəticələrin təhlili aparılacaqdır və hesabatlar tərtib olunacaqdır. 
İxtioz və bullyoz epidermoliz üzrə xəstəliyin yayılma səviyyəsinin öyrənilməsi məqsədilə tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə ilk növbədə risk qrupuna daxil olan şəxslər arasında genodermatozların yayılma səviyyəsinin öyrənilməsi məqsədilə  ölkənin müxtəlif bölgələrində elmi araşdırmalar aparılması nəzərdə tutulmuşdur. Bu araşdırmaların nəticəsində ixtioz və bullyoz epidermoliz xəstəliklərinin daha geniş yayıldığı bölgələr, cins, yaş və digər əsaslar üzrə əhali kateqoriyaları ilə əlaqədar əldə olunmuş məlumatların təhlili və ümumiləşdirilməsi aparılacaqdır. Əldə olunmuş nəticələrdən ölkə ərazisində ixtioz və bullyoz epidermoliz xəstəliklərinin qarşısının alınmasında və onların müalicəsində istifadə olunacaqdır.   
6.3. Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri
Tədbirlər Proqramının qarşısında duran hədəfə nail olunması mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi, Tədbirlər Proqramının icrası prosesində onların aradan qaldırılması üçün nəticəyönümlü addımların vaxtında və operativ atılmasını zəruri edir.
6.3.1. Dərman preparatlarının çatdırılmasında ləngimələr
Tibb müəssisələrinə dərman preparatlarının çatdırılmasında gözlənilməz   səbəblərdən ləngimələr ola bilər. İxtioz və bullyoz epidermoliz xəstəliyi ilə mübarizə aparan tibb müəssisələrinə dərman preparatlarının vaxtında və koordinasiyalı şəkildə paylanılmasının təşkili bu riskin aradan qaldırılmasını şərtləndirir.

7. Maliyyələşdirmə mexanizmləri

Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin “səhiyyə” bölməsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
Tədbirlər Proqramının icrasının səmərəliliyini artırmaq məqsədilə kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər maliyyə mənbələri cəlb edilə bilər. 

Кабинет Министров
Азербайджанской Республики
Азербайджан
  • Общенациональный Лидер
  • Президент
  • История
  • Территория
  • Конституция
  • Праздники
  • Кровная память
  • Отечественная война
Новости
  • Все новости
  • Встречи
  • Мероприятия
  • Визиты
  • Сообщения пресс-службы
  • Бюллетени пресс-службы
  • Оперативный штаб при Кабинете Министров
Документы
  • Все документы
  • Постановления
  • Распоряжения
  • Письма
Руководство
  • Премьер-министр Азербайджанской Республики
  • Заместители премьер-министра Азербайджанской Республики
Советы и комиссии
  • Межправительственные комиссии
Кабинет министров
  • Полномочия
  • Порядок работы
  • Кабинета Министров Азербайджанской Республики
  • Центральные органы Исполнительной власти
  • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
  • Статус
Аппарат кабинета министров
  • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
Обращения
  • Приемные дни Аппарата Кабинета Министров
  • Запись на прием
  • Обращения
  • Законодательство об обращениях граждан
Азербайджан
  • Общенациональный Лидер
  • Президент
  • История
  • Территория
  • Конституция
  • Праздники
  • Кровная память
  • Отечественная война
Новости
  • Все новости
  • Встречи
  • Мероприятия
  • Визиты
  • Сообщения пресс-службы
  • Бюллетени пресс-службы
  • Оперативный штаб при Кабинете Министров
Документы
  • Все документы
  • Постановления
  • Распоряжения
  • Письма
Руководство
  • Премьер-министр Азербайджанской Республики
  • Заместители премьер-министра Азербайджанской Республики
Советы и комиссии
  • Межправительственные комиссии
Кабинет министров
  • Полномочия
  • Порядок работы
  • Кабинета Министров Азербайджанской Республики
  • Центральные органы Исполнительной власти
  • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
  • Статус
Аппарат кабинета министров
  • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
Обращения
  • Приемные дни Аппарата Кабинета Министров
  • Запись на прием
  • Обращения
  • Законодательство об обращениях граждан
© Кабинета Министров 2022 Все права защищены