Кабинет Министров
Азербайджанской Республики
Кабинет Министров
Азербайджанской Республики
  • Азербайджан
    • Общенациональный Лидер
    • Президент
    • История
    • Территория
    • Конституция
    • Праздники
    • Кровная память
    • Отечественная война
  • Новости
    • Все новости
    • Встречи
    • Мероприятия
    • Визиты
    • Сообщения пресс-службы
    • Бюллетени пресс-службы
    • Оперативный штаб при Кабинете Министров
  • Документы
    • Все документы
    • Постановления
    • Распоряжения
    • Письма
  • Руководство
    • Премьер-министр Азербайджанской Республики
    • Заместители премьер-министра Азербайджанской Республики
  • Кабинет министров
    • Полномочия
    • Порядок работы
    • Кабинета Министров Азербайджанской Республики
    • Центральные органы Исполнительной власти
    • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
    • Статус
  • Аппарат кабинета министров
    • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
  • Обращения
    • Приемные дни Аппарата Кабинета Министров
    • Запись на прием
    • Обращения
    • Законодательство об обращениях граждан
  • Контакт
  • RU
    • AZ
    • EN
    • RU
RU
  • AZ
  • EN
  • RU
Контакт
  • Азербайджан
    • Общенациональный Лидер
    • Президент
    • История
    • Территория
    • Конституция
    • Праздники
    • Кровная память
    • Отечественная война
  • Новости
    • Все новости
    • Встречи
    • Мероприятия
    • Визиты
    • Сообщения пресс-службы
    • Бюллетени пресс-службы
    • Оперативный штаб при Кабинете Министров
  • Документы
    • Все документы
    • Постановления
    • Распоряжения
    • Письма
  • Руководство
    • Премьер-министр Азербайджанской Республики
    • Заместители премьер-министра Азербайджанской Республики
  • Кабинет министров
    • Полномочия
    • Порядок работы
    • Кабинета Министров Азербайджанской Республики
    • Центральные органы Исполнительной власти
    • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
    • Статус
  • Аппарат кабинета министров
    • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
  • Обращения
    • Приемные дни Аппарата Кабинета Министров
    • Запись на прием
    • Обращения
    • Законодательство об обращениях граждан
Распоряжения
  • Все документы
  • Постановления
  • Распоряжения
  • Письма
09 Сентябрь 2023 - 17:49
“Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 avqust tarixli 2294 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında

“Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 avqust tarixli 2294 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 avqust tarixli 2294 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
2.1. Fərmanın 1-ci hissəsinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 (beş) gün müddətində ləğvetmə komissiyası yaratsın;
2.2. Cəmiyyətin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparıldıqdan sonra balansında qalan əmlaka dair müvafiq siyahı və məlumatları 10 (on) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
2.3. Cəmiyyətin kreditorlarla hesablaşmaları başa çatdıqdan sonra mülki qanunvercilikdə nəzərdə tutulmuş hesabat və sənədləri təsdiq etsin;
2.4. Cəmiyyətin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesinin başa çatdırılmasını təmin etsin və qalan əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil versin;
2.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Fərmanın 2-ci hissəsi ilə özəlləşdirməyə açıq elan edilmiş əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil verilənədək, həmin əmlakın idarə olunması və qorunub saxlanılması üçün zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Fərmanın 6.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu Sərəncamın 2.5-ci bəndində göstərilən maliyyə tələbatının 2023-cü ilin dövlət büdcəsindən maliyyələşdirilməsi mənbəyi barədə təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. Fərmanın 2-ci hissəsi ilə özəlləşdirməyə açıq elan edilmiş əmlak barəsində dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görsün;
4.2. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Ləğvetmə Komissiyası ilə birlikdə “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin üçüncü şəxslər qarşısında (dövlət qurumları, maliyyə institutları, fiziki və hüquqi şəxslər və s.) öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı təkliflərini bu Sərəncamın 2.2-ci bəndi üzrə icra müddəti nəzərə alınmaqla, üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.

6. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Bu Sərəncamın 1-ci, 5-ci, 6-cı və 7-ci hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci, 3-cü və 4-cü hissələrinin icrası Sənaye və energetika şöbəsinə həvalə edilsin.

9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 9 sentyabr 2023-cü il

Кабинет Министров
Азербайджанской Республики
Азербайджан
  • Общенациональный Лидер
  • Президент
  • История
  • Территория
  • Конституция
  • Праздники
  • Кровная память
  • Отечественная война
Новости
  • Все новости
  • Встречи
  • Мероприятия
  • Визиты
  • Сообщения пресс-службы
  • Бюллетени пресс-службы
  • Оперативный штаб при Кабинете Министров
Документы
  • Все документы
  • Постановления
  • Распоряжения
  • Письма
Руководство
  • Премьер-министр Азербайджанской Республики
  • Заместители премьер-министра Азербайджанской Республики
Советы и комиссии
  • Межправительственные комиссии
Кабинет министров
  • Полномочия
  • Порядок работы
  • Кабинета Министров Азербайджанской Республики
  • Центральные органы Исполнительной власти
  • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
  • Статус
Аппарат кабинета министров
  • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
Обращения
  • Приемные дни Аппарата Кабинета Министров
  • Запись на прием
  • Обращения
  • Законодательство об обращениях граждан
Азербайджан
  • Общенациональный Лидер
  • Президент
  • История
  • Территория
  • Конституция
  • Праздники
  • Кровная память
  • Отечественная война
Новости
  • Все новости
  • Встречи
  • Мероприятия
  • Визиты
  • Сообщения пресс-службы
  • Бюллетени пресс-службы
  • Оперативный штаб при Кабинете Министров
Документы
  • Все документы
  • Постановления
  • Распоряжения
  • Письма
Руководство
  • Премьер-министр Азербайджанской Республики
  • Заместители премьер-министра Азербайджанской Республики
Советы и комиссии
  • Межправительственные комиссии
Кабинет министров
  • Полномочия
  • Порядок работы
  • Кабинета Министров Азербайджанской Республики
  • Центральные органы Исполнительной власти
  • Положение об Аппарате Кабинета Министров Азербайджанской Республики
  • Статус
Аппарат кабинета министров
  • Структура Аппарата Кабинета Министров Азербайджанской Республики
Обращения
  • Приемные дни Аппарата Кабинета Министров
  • Запись на прием
  • Обращения
  • Законодательство об обращениях граждан
© Кабинета Министров 2022 Все права защищены