Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.
Görüşdə Bakıda keçiriləcək Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşün əhəmiyyəti vurğulandı.
Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirildi.
Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.