Nazirlər Kabinetinin 491 №-li Qərarına dair İZAH
Qərar, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 may tarixli 54 nömrəli Fərmanının 3.2-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə verilən tapşırıq əsasında hazırlanıb.
Yeni qaydalar sektorlar üzrə strateji planların hazırlanması prosesini, bu planların icrası və monitorinqini tənzimləyəcək. Bu, dövlət sektorlarında planlaşdırma və icra proseslərinin daha aydın və standartlaşdırılmış qaydada həyata keçirilməsini təmin edəcək.
Qərarda, strateji planların və büdcə planlarının tərtibi üçün metodoloji təlimatın hazırlanması və Maliyyə Nazirliyi tərəfindən təsdiqi üçün üç ay müddətində tədbirlər görülməsi nəzərdə tutulur. Bu təlimatın məqsədi dövlət qurumlarına strateji və büdcə planlaşdırması prosesində vahid yanaşmanı təmin etməkdir.