Nazirlər Kabinetinin 328 №-li Qərarına dair izah
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qəbul edilməsi nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının səmərəli təşkili və keçirilməsi, həmçinin həmin şəxslərin dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarlarının hərəkəti və manevr işlərini tənzimləyən hüquqi aktlar üzrə zəruri biliklərə və təcrübi vərdişlərə malik olması təmin ediləcəkdir.