Nazirlər Kabinetinin 175 №-li Qərarına dair izah
Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nın 4.6.1-ci yarımbəndində “əsli” sözündən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın 6.1.2-ci yarımbəndinə əsasən verilmiş diplomun əsli sözləri əlavə olunmuşdur.
Dəyişikliyin edilməsində məqsəd qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə olunmuş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması nəticəsində verilən diplomun peşə təhsili pilləsinin növbəti səviyyəsinə qəbul zamanı təqdim edilməsi üçün əsas yaratmaqdan ibarətdir.