Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib.
Tehranın Mehrabad hava limanında Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Əli Əsədovu İranın neft naziri Cavad Övci və digər yüksək vəzifəli hökumət rəsmiləri qarşıladılar.