AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Nazirlər Kabineti yanında Operativ Qərargah | 16 Oktyabr 2020 - 10:20   
    Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı


    Bütün dünyada, o cümlədən Azərbaycanda “Covid -19” virusuna yoluxma hallarının sürətlə artması, xüsusilə son günlərin statistikası xüsusi karantin rejiminin qaydalarında bəzi dəyişikliklərin edilməsi zərurətini yaratmışdır.

    Sahibkarlıq fəaliyyətinə  olan məhdudiyyətlər aradan qaldırılıdığına görə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan  şəxslər  tam heyətlə işə cəlb edilir. Bu isə ictimai nəqliyyatın həddindən artıq yüklənməsinə, iş yerlərində karantin qaydalarına əməl olunmasında problemlərin yaranmasına, ticarət və xidmət obyektlərində sıxlığa gətirib çıxarır.

    Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə tövsiyə edir:

     - Zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər;

     - Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018